ABŞ terrorçu PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri GÖNDƏRDİ

ABŞ terrorçu PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri GÖNDƏRDİ

ABŞ Suriyanın şimalında PKK/YPG terror təşkilatının nəzarətində olan ərazilərə hava hücumundan müdafiə sistemləri göndərib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, ABŞ-nin göndərdiyi bu silahların əsas hissəsini AN/TWQ-1 Avenger qısamənzilli hava hücumundan müdafiə sistemləri təşkil edir.

 

Qeyd olunub ki, Suriyanın şimal- şərqindəki Haseke bölgəsində müşahidə olunan yük maşınlarında, həmçinin zirehli avtomobillərdə 4-6 ədəd AN/TWQ-1 Avenger qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin olduğu barədə məlumat var.


OXŞAR XƏBƏRLƏR