İsrail Qəzzadan müvəqqəti çıxmaq üçün şərt İRƏLİ SÜRDÜ

İsrail Qəzzadan müvəqqəti çıxmaq üçün şərt İRƏLİ SÜRDÜ

İsrail Müdafiə Qüvvələri HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı sövdələşmənin birinci mərhələsinin başlaması üçün Qəzza zolağından müvəqqəti çıxa bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

 

İsrail ordusunun bir neçə yüksək vəzifəli mənbəsi bildirib ki, İsrail ordusu 42 gün ərzində Qəzzadan tamamilə geri çəkilməklə ölkə təhlükəsizlik baxımından əhəmiyyətli itkilərə məruz qalmayacaq. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ-nin yüksək səviyyəli rəsmiləri ilə sövdələşməni müzakirə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, İsrail və HƏMAS nümayəndələri arasında Qəzza zolağında nizamlanma ilə bağlı məsləhətləşmələr Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə keçirilir.


OXŞAR XƏBƏRLƏR