Fırtınaya düşən balıqçı dənizdə 438 gün yeməksiz və susuz sağ qalıb


Fırtınaya düşən balıqçı dənizdə 438 gün yeməksiz və susuz sağ qalıb

2012-ci ildə meksikalı Xose Salvador Alvarenqa dostu ilə balıq ovuna gedib. O an ağlına belə gətirə bilməzdi ki, bir ildən artıq geri qayıtmayacaq.

 

Sfera.az bildirir ki, hadisənin təfərrüatları Xose Salvadorun bu yaxınlarda mediaya müsahibəsindən sonra gündəmə çevrilib.

Adam 15 ay açıq dənizdə olub. Xose Salvador Alvarenqa dostu ilə iki günlük səfərə getməyi planlaşdırıb, lakin işlər plana uyğun getməyib. Nəticədə o, 438 gün dənizdə olub.
 

Təcrübəli balıqçı tez-tez köpək balıqlarını ovlayıb yeyib. Həmin gün hava onların tərəfində olmayıb. Həmin vaxt kişinin 33 yaşı olub və dostu ilə balıq ovuna getməyi planlaşdırıb. Lakin yoldaşı qoşula bilməyəndə 22 yaşlı Ezequiel Cordobanı da özü ilə aparıb. Əvvəlcə hər şey qaydasında getsə də, fırtına başlayıb. Buna baxmayaraq, onlar balıq tutmağa davam ediblər.


Bir həftə ərzində səngiməyən fırtına səngidikdə, onlar dənizdən çox uzağa aparıldıqlarını başa düşüblər. Məlum olub ki, dalğalar mühərriki su ilə doldurub və pis hava şəraiti səbəbindən onlar göyərtəsində olan avadanlığın çox hissəsini itiriblər.


Tısbağalar, quş qanı və tuta bildikləri balıqlar sayəsində 10 həftə sağ qaldıqdan sonra Cordoba xəstələnərək, ölüb və Alvarenqa tək qalıb. Bundan sonra o, bir il tək yaşayıb, dəfələrlə onu görməyən gəmilərə çatmağa çalışıb. Dənizdə 15-ci ayında o, nəhayət, Marşal adalarının ucqar bir küncündə kiçik bir torpaq parçasına çata bilib. Ada Meksikadan təxminən 6006 mil məsafədə yerləşən Ebon Atoll adası olub.


Alvarenqa quru sahəsi görəndə qayığını tərk edərək, sahilə tərəf üzüb və yerli cütlüyə məxsus çimərlik evini tapa bilib. Beləliklə, 30 yanvar 2014-cü ildə uzun saqqallı və uzun saçlı adam xilas edilib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR