Ben Afflek Cenniferin yubileyinə qatılmadı


Ben Afflek Cenniferin yubileyinə qatılmadı

İyulun 24-də 55 yaşı tamam olacaq Cennifer Lopes artıq ad gününü qeyd etməyə başlayıb. Həftə sonu o, dostlarını və ailəsinin ətrafında ziyafət təşkil edib.

Sfera.az bildirir ki, müğənninin həyat yoldaşı Ben Afflek qonaqlar arasında olmayıb.
 

Tədbirdə iştirak edənlər məşhur tarixi serialın personajlarına uyğun Viktoriya dövrü kostyumları geyiniblər. Ziyafət meydançasında güllərlə dolu böyük bir vaqon, həmçinin atlı araba görünüb.
 

Lüks mebel markası “Serena & Lily”nin yük maşını da tədbir keçirilən məkanda olub. Lopez şənlik üçün yüksək səviyyəli mebel icarəyə götürüb.


Tədbirə qatılan qonaqlar gözəl paltarlar və smokinlər geyiniblər. Məsələn, sənətçinin anası ağ krujeva detallı uzun mavi paltar geyinib.


Benin yoxluğu Lopez pərəstişkarlarının cütlük arasında hər şeyin pis olduğuna dair qorxularını bir daha təsdiqləyib. Evliliklərinin ikinci ildönümündə cütlük hər yerdə ayrı görünür. Qeyd edək ki, məşhurlar 2022-ci ilin iyulunda Las-Veqasda gizli mərasimlə evləniblər, növbəti ay Corciya ştatının Savanna şəhərində daha böyük bir tədbirlə toylarını keçiriblər.


Yubiley günü Cennifer Hemptonsda velosiped sürməyə gedib. Afflek isə Los-Ancelesdəki ofisinə girərkən paparazzilərin kameralarına tuş gəlib.


Ben yayın çox hissəsini Kaliforniyada keçirib və demək olar ki, həmişə “Met Gala” və “Atlas” filminin premyerası da daxil olmaqla heç bir tədbirdə J.Lo ilə birlikdə iştirak etməyib.


Bir müddət əvvəl qızının Afflekə qovuşmasına çox sevinən Cenniferin anası Quadalupe Rodriguezin də kürəkəninə münasibətini kəskin şəkildə dəyişib. Quadalupe xanım Ben haqqında yanıldığına inanır və onu "zirehli cəngavər" hesab edir. Belə ki, Quadalupe Rodriguez əvvəldən Benin xarakterini tanıya bilmədiyini deyib.


Aynil


 


OXŞAR XƏBƏRLƏR