"Titanik" filmindəki "Batan palto" rekord məbləğə hərraca çıxarıldı - FOTO

"Titanik" filmindəki "Batan palto" rekord məbləğə hərraca çıxarıldı - FOTO

1997-ci ildə çəkilmiş məşhur "Titanik" filmində Keyt Uinsletin canlandırdığı Rouz (Roza) Dyuitt Bukaterin geyindiyi palto hərracda rekprd məbləğə satılacaq.

 

Sfera.az bildirir ki, "Batan palto" kimi tanınan bu kostyumun “Entertainment Memorabilia” auksionunda 125.000-250.000 dollar arasında satılacağı gözlənilir. Hərrac “PropStore” tərəfindən təşkil olunacaq və avqustun 15-dən 18-dək baş tutacaq.

 

Roza filmdə ilk dəfə gəminin aysberqə dəyməsindən qısa müddət sonra yaxasında və manşetlərində naxışlı qara qıvrımlar olan açıq çəhrayı paltoda görünür.

 

Məhz burada Roza “Titanik”in cəmi bir saat ərzində batacağını və Atlantik okeanının dibinə çatacağını bildirir. Bu paltoda qəhrəman anası və Cal ilə xilasedici qayığa minmək üzrədir.

 

Maraqlıdır ki, geyim dizaynerləri çəkiliş üçün paltonun bir neçə variantını hazırlayıblar, çünki paltarın suya düşdüyü səhnələrin bir neçə kadrını çəkmək lazım gəlirdi. Bu paltonun iki versiyası əvvəllər müxtəlif auksionlarda satılıb: birincisi 2019-cu ildə “GWS” auksionunda 270.000 dollara, ikincisi isə 2023-cü ildə “Goldin” auksionunda 110.400 dollara satılıb.

 

Aysel 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına BAŞLANILIR

Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndindəki məscidin bərpasına başlanılacaq.   Sfera.az xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi yan...

Yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər tədris proqramına daxil ediləcək

Yeni tədris ilindən başlayaraq yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək.   ...

Rusiyada yeni səfərbərlik elanı müzakirə OLUNMUR

Rusiyada yeni səfərbərlik elanı müzakirə olunmur.   Sfera.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.   &...

Baş nazir yeni qərar İMZALADI

  Nazirlər Kabineti “İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edili...

"F1"ə görə bağlanan bu yollar əhalinin istifadəsi üçün AÇILACAQ - SİYAHI

Paytaxtda keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində yarış həftəsi trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üç...

Azərbaycanda "Meymunçiçəyi" virusunun yayılmasına qarşı tədbirlər MÜZAKİRƏ OLUNDU

Azərbaycan Prezident Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük K...