Zaxarova:“ABŞ pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır”


Zaxarova:“ABŞ pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır”

ABŞ-da prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.
 

"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib.

 

Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.
 

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.


OXŞAR XƏBƏRLƏR