Dövlətlərin borcu 100 trilyon dolları ÖTDÜ - İlk üçlük bunlardır

2023-cü ilin sonunda dövlətlərin ümumi dövlət borcu 101 trilyon dollara yüksəlib. Bir ildə bu borc yükü 5,8 faiz artıb.
Sfera.az bu barədə Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün bildirək ki, dövlətlərin borcu qlobal ÜDM-dən daha sürətlə artıb. Qlobal ÜDM-nin həcmi nominal ifadədə 4,2 faiz artıb və 105,4 trilyon dollara çatıb. Beləliklə, qlobal dövlət borcu qlobal ÜDM-in 95,8 faizini təşkil edib.
2022-ci ildə isə nisbət 94,5 faiz idi. Dövlət borcuna görə ilk üç yeri müvafiq olaraq ABŞ, Çin və Yaponiya tutur.
ABŞ-nin 37,5 milyard dollar, Çinin 14,9 milyard dollar, Yaponiyanın 10,6 trilyon dollar borcu var.
ABŞ-nin borcu dünya üzrə dövlət borclarının 35,6 faizini təşkil edir.
Vasif