"Ukrayna və Rusiya silahlarını yerə qoymalıdır" - Çin lideri

"Ukrayna və Rusiya silahlarını yerə qoymalıdır" - Çin lideri

“Ukrayna və Rusiya silahlarını yerə qoysalar və problemlərinin diplomatik həllini tapsalar, daha yaxşı olardı”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin lideri Si Cinpin Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə deyib.

 

"Düşmənçiliklərə son qoymaq və mümkün qədər tez siyasi həll yolu tapmaq bütün tərəflərin maraqlarına uyğundur. Hazırda üç prinsipə riayət etmək böyük əhəmiyyət kəsb edir. Bunlar atəşin döyüş meydanından kənara çıxmasının, eskalasiyanın və hər kəsin münaqişəni alovlandırmasının qarşısını almaqdır" - Cinpin təkidlə qeyd edib.

 

O həmçinin mümkün qədər tez deeskalasiyaya töhfə verməyin vacibliyini vurğulayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR