Dünyanın ən böyük elektrik stansiyası BU ÖLKƏDƏ TİKİLƏCƏK

Dünyanın ən böyük elektrik stansiyası BU ÖLKƏDƏ TİKİLƏCƏK

Çinin dövlət enerji şirkəti “China Three Gorges Renewables Group” səkkiz giqavat gücündə günəş elektrik stansiyası (SPP) tikmək niyyətindədir. Bu stansiya gücünə görə ən böyük stansiya olacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, stansiyanın dəyəri 11 milyard dollar olacaq və Ordosda (Daxili Monqolustan) yerləşəcək.

 

Bu stansiya Çinin şimalındakı Pekin-Tianjin-Hebey bölgəsini elektrik enerjisi ilə təmin edəcək. Günəş panelləri ilə yanaşı, ərazidə külək turbinləri, saatda beş giqavat elektrik enerjisi saxlaya bilən saxlanc və istilik elektrik stansiyası da yer alacaq.

 

Tikinti işlərinin 2027-ci ilin iyununda başa çatdırılması gözlənilir.

 

Hazırda üç ən böyük günəş elektrik stansiyası da Çində yerləşir. Bunlar hər birinin gücü üç qeqavat olan “Ningxia Tenggeli” və “Golmud Wutumeiren”, həmçinin Sincan paytaxtı Urumçidən kənarda 3,5 qeqavat gücə malik stansiyadır. Sonuncu 2024-cü ilin iyununda açılıb və Çinin milli enerji şirkəti “Power China”a məxsusdur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR