KİV: NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər


KİV: NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər

NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə təkcə Ukraynadakı müharibə, Rusiyadan gələcək təhlükə və Avropada artan hərbi xərclər deyil, həm də bu yaxınlarda Çinin “təhlükəli ölkələr siyahısı”na salınması daxildir.

 

Bu barədə "The Wall Street Journal" (WSJ) nəşrində dərc olunan məqalədə deyilir.

 

Nəşr yazır ki, blok ölkələrinin diplomatlarının fikrincə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.

 

Məqalədə qeyd edilir ki, alyans rəhbərliyinin diqqətinin Çinə yönəlməsi əvvəlcə yekdilliklə qəbul olunmayıb, Cənubi Avropa ölkələri bunun əvəzinə Yaxın Şərqdən gələn təhdidlərə və qeyri-qanuni miqrasiyaya diqqət yetirməyə çağırıblar.

 

Nəşrin məlumatına görə, Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.

 

NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin “hər iki kürsüdə” otura bilməyəcək.//report


OXŞAR XƏBƏRLƏR

Pensiyaya çıxan şəxslər iki mənbədən pensiya ala biləcəklər - VİDEO

Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı 20 -dən çox qanunverici alt layihə haz...

Hacıqabulda ağır yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində...

“Ermənistan seçim etməlidir” - RƏSMİ BAKI

“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və hima...

Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi keçirilir

Almaniyanın paytaxtı Berlində HƏMAS-ın İsrailə qarşı radikal hücumunun ildönümü ərəfəsində Fələstinə dəstək üçün böyük nümayiş keçirilir.   Sfera.az ...

Bakının bu ünvanında binalar sökülür - Sakinlərə kompensasiya ödənəcək

Bakıda daha bir parkın ərazisinin genişləndirilməsi istiqamətində işlər aparılır.   Xətai rayonunda "8-ci Zavod" küçəsi 29/1 ünvanında yerl...

Konqoda bu il minə yaxın insan meymunçiçəyindən öldü

Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb. &nbs...