Azərbaycanəsilli Məsud Pezeşkian İran prezidenti oldu

Azərbaycanəsilli Məsud Pezeşkian İran prezidenti oldu
Kateqoriya məlum deyil
T

Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.

 

Sfera.az xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.

 

Onun bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi.

 

İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.

 

İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR