ABŞ və Gürcüstan hərbi əməkdaşlığı davam etdirəcək

ABŞ və Gürcüstan hərbi əməkdaşlığı davam etdirəcək

ABŞ birgə təlimləri təxirə salsa da, Gürcüstan və ABŞ hərbi əməkdaşlığı davam etdirəcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

“ABŞ Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formatları mövcuddur. Təlimlərin təxirə salınmasına baxmayaraq, yuxarıda göstərilən formatlar, o cümlədən “Agile Spirit 2025” çoxmillətli təliminə hazırlıq davam edir”, - Gürcüstan hərbi idarəsinin bəyanatında bildirilib.

 

Xatrıladaq ki, iyulun 5-də Pentaqon ABŞ-nin ikitərəfli münasibətlərə yenidən baxması səbəbindən Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.

 

ABŞ Müdafiə Nazirliyinin bəyanatına görə, bu qərar ABŞ-nin təşəbbüsü ilə ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinə hərtərəfli baxış çərçivəsində qəbul edilib.

 

Bir gün əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, ölkə hakimiyyəti ABŞ-lə əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək niyyətindədir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Dərbənddə törədilən hücumların iştirakçıları ilə bağlı QƏRAR

Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəs...

Elcan Dubayda qəzaya düşdü

Aktyor Elcan Rəsulovun başına iş gəlib.   Sfera.az xəbər verir ki, Dubayda istirahət edən sənətçinin maşınını vurublar:   “Gecə hote...

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - VİDEO

Məşhur ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü...

13 yaşlı qızını ölümlə hədələyib əxlaqsızlıq edən atanın cəzası məlum oldu

Azərbaycanın rayonlarından birində tükürpədici cinayət hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, 53 yaşlı Cavid Əkbərov (ad-soyad şərti) 13...

Hava ilə bağlı meteohəssas insanlaraXƏBƏRDARLIQ

İyulun 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşer...

Bred Pitt sevgilisi ilə ilk dəfə tədbirdə - FOTO

Hollivud ulduzu Bred Pitt və sevgilisi, zərgərlik dizayneri İnes de Ramon ilk dəfə rəsmi tədbirə birlikdə qatılıblar. Sfera.az xəbər verir ki, cütlük Bö...