KİV: "Qurqen Arsenyan Ermənistanın Rusiyadakı yeni səfiri ola bilər" - YENİLƏNDİ

KİV: "Qurqen Arsenyan Ermənistanın Rusiyadakı yeni səfiri ola bilər" - YENİLƏNDİ

Ermənistanın Rusiyadakı yeni səfiri hakim “Mülki müqavilə” partiyasından deputat olan, iş adamı Qurgen Arsenyan ola bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, Rusiya onun namizədliyi ilə razılaşıb.

 

***

 

12:52

 

Ermənistan Rusiyadakı səfirini dəyişməyi planlaşdırır.

 

Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan deyib.

 

O bildirib ki, artıq bu vəzifəyə namizəd bəllidir.

 

“Yəqin ki, bu barədə KİV-lərdə yayılan məlumatlarla tanışsınız. Tezliklə Rusiyada yeni səfirimiz olacaq, namizəd təqdim olunub, təyinatı gözləyirik”, - o vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri keçmiş müdafiə naziridir. O, 2022-ci ildə Rusiyaya səfir təyin edilib. Daha əvvəl Ermənistan KİV-ləri Ermənistan hökumətinin Arutyunyanı parlament üzvü Qurqen Arsenyanla əvəzləmək niyyəti barədə məlumat yaymışdı. Lakin Rusiya onun namizədliyini rədd etmişdi. Bildirilib ki, hakim partiyanın üzvü Arsenyan sabiq müdafiə nazirindən fərqli olaraq anti-Rusiya bəyanatları ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR