Paşinyan: "Ermənistana yeni konstitusiya lazımdır"

Paşinyan: "Ermənistana yeni konstitusiya lazımdır"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

 

Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyilir.

 

“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib.

 

Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir.


OXŞAR XƏBƏRLƏR