NATO daha dörd ölkə ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

NATO daha dörd ölkə ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

NATO Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya ilə əməkdaşlığın genişləndirilməsinə dair sənəd hazırlayır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

 

“Sənəddə NATO ilə bu dövlətlər arasında əməkdaşlıq çərçivələri aydınlaşdırılmalıdır. Bu sənəd kibertəhlükəsizlik və dezinformasiya sahəsi də daxil olmaqla, təhdidlərə cavab verməyə imkan verəcək”, - məlumatda deyilir.

 

Bildirilir ki, sənədin gələn həftə dərc olunması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR