“HaberGlobal”:"ŞKTC Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi kimi iştirak edəcək"

“HaberGlobal”:"ŞKTC Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi kimi iştirak edəcək"

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə təmsil olunacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “HaberGlobal”ın Zirvə görüşü ilə bağlı hazırladığı süjetdə məlumat verilib.

 

Süjetdə Prezident İlham Əliyevin dəvəti ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) sammitdə iştirakına diqqət çəkilib. Qeyd edilib ki, ŞKTC ilk dəfə olaraq öz rəsmi adı ilə sammitdə müşahidəçi kimi iştirak edəcək: “Bu, ŞKTC dünya tərəfindən tanınması istiqamətində atılan mühüm addımdır”.

 

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın dəvətdən məmnun olduğuna da süjetdə diqqət çəkilib və dövlət başçısının bununla bağlı Azərbaycan lideri İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyi qeyd olunub.

 

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul etdiyi zaman söylədiyi aşağıdakı fikirlərə xüsusi əhəmiyyət verilib:

 

"O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar. Şimali Kipr Türk Cümhuriyyəti tarix nöqteyi-nəzərdən türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır".

 

Həmçinin Azərbaycanın ŞKTC ilə əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlar atdığı vurğulanıb.

 


OXŞAR XƏBƏRLƏR