Putin Ukrayna Ali Radasına mümkün müraciəti mənasız ADLANDIRDI

Putin Ukrayna Ali Radasına mümkün müraciəti mənasız ADLANDIRDI

Rusiya prezidenti Vladimir Putin Kiyevdə “yuxarının hakimiyyəti ələ keçirməsi” kontekstində Rusiyanın Ali Radaya mümkün müraciətini mənasız adlandırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə o, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib. Putin bildirib ki, Ukrayna rəhbərliyi qanunsuz olaraq hakimiyyətdədir.

 

"Ukrayna Ali Radasına müraciət etmək olar, lakin bu, mənasızdır, çünki o, hakimiyyəti qəsb etmiş "yuxarı"ya tabedir", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, daha əvvəl rəsmi Moskva Ukraynada legitim hakimiyyət kimi Ali Radanı tanıdığını açıqlayıb. (apa)


OXŞAR XƏBƏRLƏR