İsrail: "Livanda “Hizbullah”ın komandirlərindən biri zərərsizləşdirilib"

İsrail: "Livanda “Hizbullah”ın komandirlərindən biri zərərsizləşdirilib"

İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah”ın silahlı qanadının komandirlərindən biri Məhəmməd Neam Naseri zərərsizləşdirib.


Sfera.az-ın məlumatına görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti xəbər yayıb.

 

Məlumata görə, Naser 2016-cı ildən elit “Naser” bölməsinə komandirlik edib və Livanın cənub-qərb bölgələrindən İsrailə raket hücumlarını idarə edib.

 

“Bundan əlavə, Naser həm müharibə zamanı, həm də ondan əvvəl İsrailə qarşı çoxlu sayda terror hücumları təşkil edib və əvvəllər “Hizbullah” terror təşkilatında rəhbər vəzifələrdə olub”, - məlumatda bildirilir.

 

Daha əvvəl Livanın "Al Hadath" telekanalı Naserin Tir şəhərinin şərqində zərərsizləşdirilməsi barədə məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR