Şolz: "Almaniya Kiyevin təslim olmasını nəzərdə tutan atəşkəsi dəstəkləməyəcək"

Şolz: "Almaniya Kiyevin təslim olmasını nəzərdə tutan atəşkəsi dəstəkləməyəcək"

Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəs planını dəstəkləyə bilməz.


Sfera.az xəbər verir  ki, Şolz bu barədə Bundestaqın aşağı palatasında çıxışı zamanı danışıb.


"Almaniya heç vaxt Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəs planını dəstəkləyə bilməyəcək",- o qeyd edib.

 

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin əvvəllər səsləndirdiyi sülh təklifləri Kiyevin daha da çox əraziləri təslim etməsini nəzərdə tutduğu üçün “qeyri-qanunidir”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR