İsrail girovlarla bağlı HƏMAS-dan CAVAB ALDI

Dünya
23:50 / 03.07.2024
4688
İsrail HƏMAS-ın girov təklifinə reaksiyasını öyrənir və bu proses başa çatdıqdan sonra şərhini verəcəyini gözləyir.
Sfera.az xəbər verir ki, TASS bu barədə İsrail baş nazirinin ofisinə istinadən məlumat yayıb.
"İsrail bu şərhləri qiymətləndirir və öz cavabını vasitəçilərə çatdıracaq",- Benyamin Netanyahunun ofisi bildirib.
Bu, Netanyahunun departamenti və İsrail hərbi kəşfiyyat xidməti "Mossad"ın birgə bəyanatıdır.
Netanyahu həmçinin bildirib ki, İsrail ordusu HƏMAS-a qarşı müharibəni uğurla başa çatdırmaq üçün hər şeyə malikdir.
İnci