Çinin dövlət başçısı sanksiyalara qarşı çıxmaqda Rusiyanı dəstəklədiyini AÇIQLADI

Çinin dövlət başçısı sanksiyalara qarşı çıxmaqda Rusiyanı dəstəklədiyini AÇIQLADI

Çin Xalq Respublikasının lideri Si Cinpin Çinin qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxmaqda Rusiya Federasiyasını dəstəklədiyini, burada söhbətin, həm də hegemonluğa qarşı mübarizədən getdiyini deyib.

 

Sfera.az xəbər verir ki, Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən Çin lideri rəsmi Pekinin qeyri-qanuni birtərəfli sanksiyalara və hegemonluğa etiraz edən Moskvanı dəstəklədiyini deyib.

 

“Çin BRİKS-in hazırkı sədri kimi öz öhdəliklərini yerinə yetirməkdə, qlobal Cənubu birləşdirən, yeni Soyuq Müharibənin qarşısını almaqda və qeyri-qanuni birtərəfli sanksiyalara və hegemonluğa qarşı çıxmaqda Rusiyanı dəstəkləyir”, - deyə Si Cinpin bildirib.


OXŞAR XƏBƏRLƏR