Pentaqon: "Ondan çox ukraynalı F-16-nı idarə etmək üçün təlimlər keçir"

Kateqoriya məlum deyil
T
Ondan çox ukraynalı F-16 qırıcılarını idarə etmək üçün müxtəlif təlimlər keçir.
Sfera.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder məlumat yayıb.
“Ondan çox pilot hazırda F-16 döyüş təyyarələrini idarə etmək üçün ABŞ və Danimarkada təlimlər keçir”, - Rayder vurğulayıb.
Pentaqon rəsmisi qeyd edib ki, bəzi ukraynalı pilotlar ABŞ-də kursu başa vuraraq təlimlərini davam etdirmək üçün Avropaya gediblər.






