Hindistanda dini tədbirdə izdiham zamanı 100-dən çox adam ÖLDÜ

Hindistanda dini tədbirdə izdiham zamanı 100-dən çox adam ÖLDÜ

Hindistanın Uttar Pradeş əyalətinin Hathras rayonunda dini tədbir zamanı baş verən böyük izdihamda ən azı 107 nəfər həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, ölənlərin əksəriyyəti qadınlardır.

 

Polis hadisə zamanı havanın çox isti və rütubətli olduğunu bildirib.

 

Sağ qalanlardan birinin sözlərinə görə, izdiham dini tədbir bitdikdən sonra, hamı dağılışmağa başlayanda yaşanıb.

 

Hadisənin dəqiq səbəbi aydınlaşdırılır, araşdırma aparmaq üçün xüsusi qrup yaradılıb.


OXŞAR XƏBƏRLƏR