Litva Rusiyaya nota VERDİ

Litva Rusiyaya nota VERDİ
Kateqoriya məlum deyil
T

 

Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib", - deyə XİN-in bəyanatında bildirilib.

 

Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR