Rusiya ordusu Ukraynada hərbi aerodromu "İskəndər" raketləri ilə VURDU

Rusiya ordusu Ukraynada hərbi aerodromu "İskəndər" raketləri ilə VURDU

Rusiya ordusu Ukrayna Hərbi Hava Qüvvələrinin bir gündə doqquz təyyarəsini vurub.


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz hesabatında bildirib.

 

Məlumata görə, Rusiya Silahlı Qüvvələri "İskəndər-M" operativ taktiki raketlərlə Poltava vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus aerodroma zərbələr endiriblər.

 

Rusiya Müdafiə Nazirliyi hücumun görüntülərini nümayiş etdirib.

 

Qeyd edək ki, Rusiya hərbi qurumu səhər saatlarında "İskəndər"lərin Mirqorod aerodromunda "Su-27" təyyarələrini məhv etdiyi barədə xəbər yaymışdı.

 


OXŞAR XƏBƏRLƏR