Rusiya satanizmdən qorxur – Bu fəaliyyət qadağan edilə bilər

Rusiya satanizmdən qorxur – Bu fəaliyyət qadağan edilə bilər

Dövlət Duması Rusiyada satanizmi qadağan etmək və hərəkatı ekstremist kimi tanımaq istəyir.

 

Sfera.az “Kommersant” qəzetinə istinadən yazır ki, bu məsələ vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklərin problemləri komitəsinin iclasında müzakirə olunub.

 

Nəşrin məlumatına görə, müzakirə iştirakçıları “ölüm qrupları”ndan tutmuş uşaqsızlığa qədər geniş spektrli anlayışları satanizm adlandırıblar. Komitənin sədri Olqa Timofeyeva bildirib ki, bu məsələdə sərt mövqe ortaya qoyulmalıdır. Onun fikrincə, terrorçu, ekstremist, dağıdıcı ideologiyanı təbliğ edən bütün təşkilatlar qadağan edilməlidir.

 

O.Timofeyeva deyib ki, bu cür təşkilatlar üçün gənclərin beynini tamamilə dəyişmək üçün cəmi iki-üç il vaxt lazım gəlir. Müzakirələr zamanı Ailə Problemləri, Analığın və Uşağın Mühafizəsi üzrə Patriarxal Komissiyanın sədri, keşiş Fyodor Lukyanov satanizmlə LGBT hərəkatı arasında paralellik aparıb. Onun fikrincə, Rusiya LGBT hərəkatı qadağan edilibsə, satanizm də qadağan olunmalıdır:

 

“Rusiyada LGBT hərəkatı qadağan (Rusiyada LGBT hərəkatı ekstremizm kimi tanındığından qadağan olunub – red.) edilib. Satanizmin bir çox əlamətləri LGBT hərəkatından fərqlənmir. Belə olan halda niyə LGBT qadağan edildiyi halda satanizm qadağan edilməsin?”

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Cəlal Qurbanov: "Mən birlik layihələrinin könüllüsüyəm"

Cəlal Qurbanov: "Şəhidlərimizin əmanətlərinə "qalxan" demək heç kimin həddinə deyil".   "Mənim oğlum qəhrəmandır", &quo...

ŞƏT sammitində 25 sənəd İMZALANDI

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar.   Sfera.az xəbər veri...

Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.   Sfera.az Cüdo Federasiyasının mətbuat xidmə...

"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI + VİDEO

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.   Sfer...

İlham Əliyev Astanada “Müstəqillik” Sarayına getdi - YENİLƏNDİ/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştir...

Azərbaycanda tanınmış həkimi maşın vurdu: Vəziyyəti AÇIQLANDI - FOTO

Tanınmış oftalmoloqu maşın vurub.   Sfera.az Apa-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki ...