"Fırtına" hələ də səngimir - Dağıstan rəhbəri

"Fırtına" hələ də səngimir - Dağıstan rəhbəri

Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra region və onun sakinləri təqiblərlə üzləşib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.

 

Onun sözlərinə görə, respublika ətrafında fırtına hələ də səngimir: "Respublikanı təhqir edən bəyanatlar artıq bir həftədir ki, dayanmır. Bizi radikalizmdə ittiham edirlər, cinayətkarları bütün dindarlarla qarışdırırlar, niqablarda terror əlamətləri görürlər və ictimaiyyətin gözü qarşısında ehtiyatsızlıq edirlər, hətta deyərdim ki, təhlükəli şərhlər verirlər”, - deyə respublika rəhbəri öz "Telegram" kanalında yazıb.

 

Melikovun fikrincə, hər şey elə görünür ki, sanki bəzi yüksək rütbəli spikerlər vəziyyəti gərginləşdirmək istəyir.

 

Dağıstan rəhbəri həmçinin terror aktlarının ötən il İsraildən təyyarənin gəlməsi zamanı baş verən iğtişaşlarla əlaqələndirilməsini qəribə cəhdlər adlandırıb. O, əmin edib ki, həmin hadisələrə görə məsuliyyət daşıyanların hamısı layiq olduqları cəzanı alacaqlar və iğtişaş iştirakçılarına qarşı cinayət işləri onlara daha obyektiv baxılması üçün Krasnodar diyarına köçürülüb.

 

“Dövlət Dumasının bəzi deputatlarının həmin cinayət işlərinin Dağıstana qaytarılması ilə bağlı qəribə, razılaşdırılmamış bəyanatları tamamilə yersizdir. Mən bunun əleyhinəyəm, necə ki, kiminsə xüsusi strukturların işinə qarışmasının əleyhinəyəm”, - deyə Melikov qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Hindistanda dini mərasimdəki sıxlıq zamanı 107 nəfər ÖLDÜ

Hindistanın Uttar-Pradeş ştatındakı dini mərasim zamanı yaranmış sıxlıq nəticəsində 107 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

"Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır" - MSK sədri

Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır. Seçkilər zamanı müşahidəçilərə maneçilik yaradan hal olmamalıdır.   Sfera.az-ın xəbərinə...

Kremldən Viktor Orbanın Ukrayna səfərinə REAKSİYA: "Ehtiyac duymuruq..."

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orba...

"Putinlə müzakirə edilməli məsələlər var" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışmaq istəyir.   Sfera.az bildirir ki, bu barədə “TASS” agent...

Azərbaycan elektrikli avtobus istehsal edəcək - SAZİŞ İMZALANDI

Azərbaycan 2025-ci ildən elektrik mühərrikli avtobus istehsalına başlayacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı iqtisadiyyat naziri M...

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verildi

Media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə st...