KİV: "Əgər yaxınları zəruri hesab etsə, Bayden prezidentlik yarışını tərk edəcək"

KİV: "Əgər yaxınları zəruri hesab etsə, Bayden prezidentlik yarışını tərk edəcək"

Amerika lideri Cozef Bayden ən yaxın qohumları və dostları zəruri hesab etsə, prezidentlik yarışını tərk edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşr bildirib ki, dövlət başçısının yaxın çevrəsinin belə bir addım atması çətin ki şok və gözlənilməz effekti yaratsın.

 

Prezidentin qərarlarına təsir edən ona yaxın şəxslər arasında portal birinci xanım Cil Baydeni, onun kiçik bacısı Valeri Baydeni, dostu və məsləhətçisi Ted Kaufmanı və Ağ Evin kiçik bir qrup köməkçisini vurğulayır.

 

“Axios” qeyd edib ki, adları çəkilən “ağsaqqallar şurası” onilliklər ərzində formalaşıb, Baydenin həyatında və prezidentliyində bütün böyük və kiçik qərarlara ciddi təsir edib.

 

Məqalədə qeyd edilib ki, Baydenin müttəfiqləri bütün mümkün ssenariləri təhlil ediblər və dövlət başçısı prezidentlik yarışından geri çəkiləcəyi təqdirdə vitse-prezident Kamala Harrisdən başqa heç kimin Demokratlardan namizəd olmaq şansını çox az görüblər.

 

Bununla belə, prezidentə yaxın olanlar əmindirlər ki, onun Ağ Evin keçmiş rəhbəri respublikaçı Donald Trampı məğlub etmək şansı Harrisdən qat-qat çoxdur.

 

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” məlumat yayıb ki, Demokrat Partiyasının donorları ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin əvəzlənməsinin lazım olduğu qənaətinə gəliblər.


OXŞAR XƏBƏRLƏR

Ali Məhkə Trampın toxunulmazlıqla bağlı müraciətini TƏSDİQLƏDİ

ABŞ Ali Məhkəməsi Donald Trampın 6 Yanvar Konqresə Basqınındakı roluna və 2020-ci il prezident seçkilərinə müdaxilə iddialarına görə bəzi məsələlərdə toxunu...

Bakıda 39 yaşlı kişini avtomobil VURDU

  Bakının Sabunçu rayonunda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.   Sfera.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Orucov...

Konqonun şərqində humanitar karvanaHÜCUM EDİLDİ

  Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Butembo şəhəri yaxınlığında humanitar yardım karvanı bir qrup gənc tərəfindən hücuma məruz qalıb. ...

Husilər Britaniya, İsrail və ABŞ-la əlaqəli dörd gəmiyə HÜCUM ETDİLƏR

Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) Böyük Britaniya, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum edib. ...

Aeroport yolunda zəncirvari qəza baş verdi, yaralılar var -FOTO

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qəza bu g...

Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi TƏYİN ETDİ

Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan R...