Harri və Meqan Markl hər vəchlə Şahzadə Keytlə barışmağa ÇALIŞIR

Harri və Meqan Markl hər vəchlə Şahzadə Keytlə barışmağa ÇALIŞIR

Şahzadə Harri və Meqan Markl hələ də Keyt Middlton ilə əlaqələr qurmağa çalışırlar.

 

Sfera.az bildirir ki, illərdir davam edən gərginlikdən sonra Uels şahzadəsinin xəstəliyi Sasseksləri xətti dəyişdirməyə sövq edib. Onlar Kral ailə üzvləri ilə əlaqələri yenidən bərpa etməyə ümid edirlər.

 

Sassekslər Uels şahzadəsi ilə münasibətləri birdəfəlik düzəltmək ümidi ilə bərpa etməyə çalışırlar.

 

Harri sonuncu dəfə böyük qardaşının həyat yoldaşını 2023-cü ilin mayında atasının tacqoyma mərasimində görmüşdü. Meqan isə sonuncu dəfə 2022-ci ilin sentyabrında Kraliça II Elizabetin dəfn mərasimində Londonda olub. Qeyd edək ki, son illər Uels və Sasseks ailələri arasında ciddi ədavət hökm sürür.

 

Keyt Middltonun 2024-cü ilin martında xərçəng diaqnozu açıqlandıqdan sonra Harri və Meqanın onunla əlaqə saxlamaq istədikləri bildirilir.

 

"Meqan aralarındakı bu mübahisəyə son qoymaq üçün ümidsizdir - bir növ kral ailə xilaskarı kimi görünmək yalnız onun imicini artıra bilər"-deyə mənbə bildirir.

 

"Keyt işə qayıtdıqda, ümid edirlər ki, bu, onların aralarındakı soyuqluğu bir qədər götürəcək. Bəlkə də onunla, Uilyam, eləcə də kralla atəşkəsə səbəb olacaq". 

 

Qeyd edək ki, Harri və Markl, kral ailə üzvləri kimi imtiyazlarından imtina edərək, Britaniyanı tərk edib ABŞ-a köçüb. Bundan sonra onların kral ailəsi ilə mübahisələri və narazlıqları səngimək bilmir.

 

Kaliforniyanın Montecito şəhərində məskunlaşdıqdan qısa müddət sonra cütlük Bukingem Sarayının divarları içərisində həyatı əks etdirən bir sıra sənədli layihələr üçün müqavilə imzalayıb.

 

Mətbuata müsahibə verdikdə bir sıra açıqlamalar verən cütlük, daha sonra “Netflix” sənədli serialını yayımlayıb. Daha sonra isə Şahzadə Harrinin "The Spare" (Xatirə) adlı xatirə kitabı yayımlanıb. Bundan sonra nəinki kral ailəsi, demək olar ki, Britaniyada əhalinin əksəriyyətinin cütlüyə qarşı münasibəti dəyişib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Ali Məhkə Trampın toxunulmazlıqla bağlı müraciətini TƏSDİQLƏDİ

ABŞ Ali Məhkəməsi Donald Trampın 6 Yanvar Konqresə Basqınındakı roluna və 2020-ci il prezident seçkilərinə müdaxilə iddialarına görə bəzi məsələlərdə toxunu...

Bakıda 39 yaşlı kişini avtomobil VURDU

  Bakının Sabunçu rayonunda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.   Sfera.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Orucov...

Konqonun şərqində humanitar karvanaHÜCUM EDİLDİ

  Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Butembo şəhəri yaxınlığında humanitar yardım karvanı bir qrup gənc tərəfindən hücuma məruz qalıb. ...

Husilər Britaniya, İsrail və ABŞ-la əlaqəli dörd gəmiyə HÜCUM ETDİLƏR

Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) Böyük Britaniya, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum edib. ...

Aeroport yolunda zəncirvari qəza baş verdi, yaralılar var -FOTO

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qəza bu g...

Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi TƏYİN ETDİ

Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan R...