Bu ölkələrə səyahət etməzdən əvvəl yaxşı düşünün: 2024-cü ilin ən bahalı şəhərləri

Bu ölkələrə səyahət etməzdən əvvəl yaxşı düşünün: 2024-cü ilin ən bahalı şəhərləri

Yeni yerləri kəşf etmək, fərqli mədəniyyətlərlə tanış olmaq və unudulmaz xatirələr yaratmaq əladır. Xüsusilə, yayda bir çoxlarımız məzuniyyəti xarici ölkələrdə keçirmək arzusundayıq. Bununla belə, 2024-cü ildə ziyarət etməzdən əvvəl iki dəfə düşünməli olduğunuz bəzi şəhərlər var, çünki onlar sizə hər addımda pul bahasına başa gələ bilər.


Sfera.az 2024-cü ilin ən bahalı şəhərlərini təqdim edir.

 

1. Sürix, İsveçrə

 

 

Sürixə səyahət etməyi düşünürsünüzsə, hesablamalarınızı yaxşı aparmalısınız. Maliyyə mərkəzi ilə məşhur olan Sürix yüksək yaşayış səviyyəsi ilə tanınan şəhərlərdən biridir. Yaşayış, yemək və içki və nəqliyyat xərcləri kifayət qədər yüksəkdir. Lüks butiklərdən tutmuş gurme restoranlara qədər hər şeyin qiymətləri heyrətləndirici dərəcədə yüksəkdir.

 


2. Honq Konq

 

 

Şərqin mirvarisi olan Honq Konq göydələnləri və gərgin həyatı ilə məşhurdur. Bununla yanaşı, yüksək kirayələr və yaşayış xərcləri bu şəhərə gələn ziyarətçilərə çətinlik yarada bilər. Hətta küçə yeməkləri belə bəzən büdcəni üstələyə bilər.

 


3. Nyu-York, ABŞ

 


“Şəhərlər şəhəri” olan Nyu York dünyanın hər yerindən gələn turistlərin sevimli şəhəridir. Amma hətta Times Meydanında qəhvə içmək də büdcənizi poza bilər. Şəhərin cazibədarlığına baxmayaraq, yaşayış, yemək və içki xərcləri olduqca yüksəkdir.

 

4. Cenevrə, İsveçrə

 

 

Başa düşdük ki, İsveçrəyə getmək çox böyük pul tələb edir. İsveçrənin digər şəhəri Cenevrə xüsusilə diplomatik və maliyyə quruluşu ilə diqqət çəkir. Bu, yaşayış xərclərinin kəskin artmasına səbəb olur. Nahar üçün ödədiyiniz məbləğ belə sizi şoka sala bilər.

 


5. Tokio, Yaponiya

 

 

Tokio müasirliyi və ənənəvi Yapon mədəniyyətini birləşdirən möhtəşəm şəhərdir. Bununla belə, dünyanın ən sıx şəhərlərindən biri olan Tokioda yaşayış və gündəlik xərclər kifayət qədər yüksəkdir. Xüsusilə şəhərin mərkəzində hər addımda bizə görə sərvət sayılan pul xərcləyə bilərsiniz.

 


6. Kopenhagen, Danimarka

 

 

Danimarkanın paytaxtı Kopenhagen həm həyat keyfiyyətinə, həm də yaşayış dəyərinə görə yüksək yer tutan şəhərlərdən biridir. Bununla belə, şəhərdə ekoloji məhsullar, adicə velosiped icarəsi və yaşayış kimi gündəlik ehtiyaclar da kifayət qədər bahadır.

 

7. Sinqapur

 

 

Təmiz küçələri və müasir quruluşu ilə tanınan Sinqapur həm də Cənub-Şərqi Asiyanın ən bahalı şəhərlərindən biridir. Yerləşdirmə və yemək xərcləri ziyarətçilər üçün olduqca yüksək ola bilər. Alış-veriş və əyləncələr də büdcəni xeyli çətinləşdirə bilər.

 

8. Paris, Fransa

 

 

Sevgi və sənət şəhəri olan Paris həm də yüksək yaşayış xərcləri ilə tanınır. Hətta kafedə qəhvə içmək və ya Sena çayı boyunca gəzintiyə çıxmaq da gözlədiyinizdən baha başa gələ bilər. Xüsusilə gündəlik ərzaqlar və restoranlar çox bahadır.

 

9. Təl-Əviv, İsrail

 

 

Təl-Əviv həm tarixi, həm də müasir quruluşu ilə diqqət çəkən şəhərlərdən biridir. Ancaq, xüsusilə turistlər üçün gündəlik yemək və içki xərcləri kifayət qədər yüksəkdir. Gecə həyatı və əyləncə də büdcəni sıxışdıra bilər.

 

10. San Fransisko, ABŞ

 

 

Silikon Vadisi texnologiya mərkəzinin yerləşdiyi San-Fransisko ABŞ-ın ən bahalı şəhərlərindən biridir. Yüksək kirayələr, restoran qiymətləri və ümumi yaşayış xərcləri bu şəhəri ziyarət etmək istəyənləri iki dəfə düşünməyə vadar edə bilər.



Aynil


OXŞAR XƏBƏRLƏR

Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi TƏYİN ETDİ

Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan R...

Zelenskaya 4,5 milyon avroya avtomobil aldı- FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya dünyanın ən bahalı idman avtomobillərindən birini - “Bugatti Tourbillon...

2 iyul - Azərbaycanda Polis Günüdür

İyulun 2-si Azərbaycanda Polis Günüdür. Azərbaycan Prezidentinin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. ...

İraqda İsveç vətəndaşı ölüm cəzasına MƏHKUM EDİLDİ

İraqda İsveç vətəndaşı məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib.   Sfera.az "Dagens Nyheter" qəzetinə istinadən xəbər verir ki, bu...

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə QALDIRILIR

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı Qazaxıstanda, xüsusilə paytaxt Astanada , həmçinin Almatı, Kara...

Azərbaycanda bu kənd palçıq altında qalıb- Sakinlər köçürülür+VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.   Sfera.az xəbər verir ki, nəticədə kəndin ...