Türkiyənin 6 əyalətində meşə yanğınları DAVAM EDİR

Türkiyənin 6 əyalətində meşə yanğınları DAVAM EDİR

Türkiyənin 6 əyalətində meşə yanğını davam edir.

 

Sfera.az xəbər verir ki, sözügedən yerlər Adıyaman, Bingöl, Balıkəsir, Mersin, Bursa və Kastamonudur.

 

Belə ki, Adıyamanın Gerger rayonunun Ağaçlı kəndində ötən gün alovu görənlər vəziyyəti 112-yə bildiriblər. Xəbərdarlıq üzərinə çoxlu qruplar bölgəyə göndərilib. Yanğına qarşı havadan və qurudan müdaxilə başladılıb. Adıyaman valisi Osman Varol bildirib ki, yanğında indiyədək 350 hektar örtülü sahə yanıb.

 

Balıkəsirdə Altıeylül rayonunda meşə sahəsində baş verən yanğın nəzarətə götürülüb. Paşaköy Məhəlləsi çölündə baş verən yanğın isə meşəyə keçib. Balıkesir Meşə Region Müdirliyi tərəfindən hadisə yerinə qruplar sövq edilib. Rayon üzrə 90 nəfərdən ibarət heyətlər 2 helikopter, 2 təyyarə, 12 su tankeri, 7 su təchizatı maşını və digər qurumlardan 10 texnika ilə havadan və qurudan yanğına müdaxilə edib. Balıkəsir valisi İsmail Ustaoğlu verdiyi açıqlamada yanğının nəzarət altına alındığını bildirib.

 

Kadıköy rayonu, Yalçın kəndində meşə sahəsində də yanğın baş verib. Meşə Region Müdirliyinə aid su maşınları və Cide, Şenpazar və Doğanyurt bələdiyyələrindən xilasetmə briqadaları bölgəyə sövq edilib. Qruplar təxminən 4 saat çalışdıqdan sonra yanğın söndürülüb.

 

Bingölün Genç və Kiğı rayonlarında baş verən meşə yanğınları söndürülüb.Genç rayonunun Döşekkaya və Kiğı rayonunun Darköprü kəndlərinin meşə sahələrində yanğın baş verib. Meşə Əməliyyat Müdirliyi, İl Xüsusi İdarəsi, xilasetmə və jandarma qrupları yanğın bölgələrinə sövq edilib. Yanğınlar ümumilikdə 5 su çiləyici, 2 ilk müdaxilə maşını, 4 iş maşını, 3 yanğınsöndürən maşın və 45 canlı qüvvə ilə söndürülüb.

 

Mersinin Anamur rayonunda bir evdə baş verən və əkin sahələrinə yayılan yanğın havadan və qurudan müdaxilə ilə nəzarətə götürülüb.

Çarıklar rayonu, Halkalı yaylasında evdə də naməlum səbəbdən yanğın baş verib. Qısa müddətdə böyüyən alov Anamur-Ermenek yolunda əkinçilik sahələrinə keçib. Bölgəyə 2 helikopter və Meşə Region Müdirliyi və Böyükşəhər Bələdiyyəsinin xilasetmə briqadası sövq edilib. Havadan və qurudan müdaxilə nəticəsində yanğın nəzarət altına alınıb.Yanğın nəticəsində meyvə bağlarının da zərər gördüyü bölgədə soyutma işləri davam edir.

Bursanın İnegöl rayonunun Həmzəbəy rayonu yaxınlığında buğda əkilən sahədə yanğın baş verib.Alovu görənlərin xəbəri üzərinə bölgəyə çoxlu xilasetmə briqadası sövq edilib. Qrupların müdaxiləsi ilə söndürülən yanğında 50 hektar buğda sahəsinin zərər gördüyü müəyyən edilib.


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR