Livandan İsrailə HÜCUM: 25 raket və 3 PUA atıldı

Livandan İsrailə HÜCUM: 25 raket və 3 PUA atıldı

Livandan İsrailin şimalına 25 raket və 3 pilotsuz uçuş aparatı (PUA) atılıb, qarşı tərəfin döyüşçüləri "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

 

"Livandan Qalileya (İsrailin şimalında) doğru atılan 25-ə yaxın raket qeydə alınıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb, Qalileyanın qərb hissəsindəki binaya ziyan dəyib. İsrailin yanğınsöndürmə xidmətləri hazırda atəş nəticəsində yaranan çoxsaylı yanğınların söndürülməsi üzərində işləyir", - məlumatda deyilir.

 

Mətbuat xidməti qeyd edib ki, ölkənin şimalında səslənən sirenlərdən sonra Livandan İsrailin şimal hissəsinə sərhəddən keçən və Qalileya bölgəsinə düşən üç düşmən PUA-sı aşkarlanıb. Zərərçəkənlərin olmadığı bildirilir.(report)


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ÖLDÜ

Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.   Sfera.az verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların biri...

Magistraturaya qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ - RƏSMİ

2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb. ...

Azərbaycan millisinin heyəti AÇIQLANDI

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi o...

Azərbaycan XİN Somalini TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Somalini Milli Gün münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabı...

Daşıma şirkətləri xidmətlərinin qiymətini manatla göstərməli olacaq - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədəki daşıma şirkətlərinə təqdim olunan xidmətlərin qiymətlərinin mana...

Bayden seçkidən çəkilərsə, onu əvəz edə biləcək 3 potensial namizəd - ADLAR

ABŞ Prezidenti Co Baydenin rəqibi Donald Trampla ilk debatda zəif çıxış etməsi və sonrakı tənqidlər demokratları “alternativ namizədlər” haqqında dü...