Bil Qeytsin qızı sevgilisinin adını açıqladı - FOTO

Bil Qeytsin qızı sevgilisinin adını açıqladı - FOTO

Milyarder Bill Qeytsin qızı Fibi ilk dəfə Pol Makkartninin nəvəsi Artur Donald ilə münasibətini təsdiqləyib.


Sfera.az xəbər verir ki, bu barədə "Nylon" məlumat yayıb.


Qeyts mətbuata Artur Donaldı sevgilisi kimi təqdim edib. Cəmi bir neçə ay əvvəl milyarderin qızı bu münasibətlə bağlı hər hansı xəbəri şərh etməkdən imtina etmişdi.

 

Onların münasibətləri haqqında şayiələr ilk dəfə 2023-cü ilin oktyabrında ortaya çıxıb. Jurnalistlər cütlüyün qohumları vasitəsilə tanış ola biləcəyini irəli sürüblər: Artur Donaldın xalası, modelyer Stella Makkartni Fibj Qeytsin anası ilə dostdur. 

 

Qeyd edək ki, Pol Makkartni britaniyalı ilk milyarder musiqiçidir.

 

İnci


OXŞAR XƏBƏRLƏR