Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə XƏBƏRDARLIQ ETDİ

Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə XƏBƏRDARLIQ ETDİ
Kateqoriya məlum deyil
T

Fransa Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlükəsi barədə xəbərdarlıq edib.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

 

Qeyd edilib ki, səsvermə çoxsaylı təhlükəsizlik təhdidləri fonunda keçiriləcək və terror hücumları təhlükəsi son dərəcə yüksək olaraq qalır. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə kiberhücumların və məlumatların manipulyasiyasının ola biləcəyini güman edir.

 

Xatırladaq ki, iyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə məğlubiyyət fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Növbədənkənar parlament seçkilərində səsvermənin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR