Cennifer Lopez yeni “Netflix” serialında ROL ALACAQ

Cennifer Lopez yeni “Netflix” serialında ROL ALACAQ

Bu yaxınlarda "Atlas" serialında rol alan Cennifer Lopez “Nuyorican” şirkəti vasitəsilə “Netflix” yayım nəhəngi ilə yeni müqavilə imzalayıb.

 

Sfera.az bildirir ki, bu, Emili Henrinin "Xoşbəxt yer" romanının uyğunlaşdırılmasıdır. Lopez serialda təkcə rol almayacaq, həm də onun prodüseri olacaq. Serial kollecdə tanış olan, lakin qəfildən ayrılan Harriet və Win cütlüyünün hekayəsindən bəhs edir. Beş ay əvvəl ayrılsalar da, onlar ən yaxşı dostlarına bu barədə heç nə deməyiblər. Məzuniyyətləri zamanı onlar kottecdə eyni yataq otağını bölüşürlər. Üstəlik, keçmiş sevgililər münasibətləri barədə hamıya yalan danışacaqları barədə müqavilə bağlayırlar. Lopez serialı Elayn Goldsmith-Tomas və Benni Medina ilə birgə istehsal edəcək. Benni Medina uzun illər onun meneceri və sirdaşı olub.


Prodüserlər və yayım rəhbərləri hazırda yeni layihə üzərində işləməyi müzakirə etmək üçün yazıçılarla görüşürlər.

 

İndi Lopezin başı işə qarışıb, çünki şəxsi cəbhədəki işlər onun üçün çox da çəhrayı tonlarda davam etmir. Media artıq var gücü ilə müğənninin aktyor Ben Afflekdən gözlənilən boşanması barədə danışır. Cütlük cəmi iki il əvvəl ailə qursa da, artıq ayrı yaşayır və toy üzüklərini ictimaiyyət arasında taxmırlar.

 

Nə Ben, nə də Cennifer aralarındakı böhrana münasibət bildirməsələr də, onların münasibətləri aydındıır. Məsələn, Lopez əri olmadan İtaliyaya tətilə uçub. Afflek isə vaxtını uşaqları və keçmiş həyat yoldaşı Cennifer Qarnerin yanında keçirir. O, Qarnerin Brentvuddakı malikanəsindən bir neçə blok aralıda ev kirayələyib.


OXŞAR XƏBƏRLƏR

Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata KEÇİRİLƏCƏK

İki və daha çox pensiya hüququ yaranan şəxslərə müraciət olunmadan, proaktiv qaydada onlardan ən yüksək olan pensiya təyin olunacaq.   Bu barədə Sfer...

Qaxda ağır yol qəsası - ölənlər və yaralananlar VAR - FOTO - YENİLƏNDİ

Qaxda ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.   Sfera.az-ın report-a istinadən məlumatına görə, qəza zamanı "Ford"la toqquş...

Leninin şəklini paylaşan qadın CƏRİMƏLƏNDİ

Litvada ictimai fəal Erika Şvençenene Vladimir İliç Leninin portretini sosial şəbəkələrdə “Oxumaq, oxumaq və yenə oxumaq!” ifadəsi ilə paylaşdığına&...

İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini DƏSTƏKLƏDİ

İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-pre...

Kadırovdan Bastrıkinə CAVAB

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksnadr Bastrıkinin islamçı terrorçularla bağlı açıqlamalarına cavab verib. ...

Abdullah Zubirin "Qarabağ"da qalacağı DƏQİQLƏŞDİ

"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzalayıb.   Sfera.az xəbər verir ki, komanda müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdull...