Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq AŞDI - YENİLƏNDİ

Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq AŞDI - YENİLƏNDİ

Komidə Vorkuta-Novorossiysk qatarının 9 vaqonun relsdən çıxaraq aşması nəticəsində ölən olmayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

 

“Ümumilikdə, qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb”, - deyə xəbərdə vurğulanıb. 

 

İdarə hadisə nəticəsində 70 nəfərin yaralandığını qeyd edib.

 

***
 

21:47
 

 

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb.


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının məlumatında deyilir.

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib, sərnişinlərə kömək üçün tədbirlər görülür.

 

Qatarların hərəkəti dayandırılıb. Xəsarət alan sərnişinlərin sayı açıqlanmayıb. Kominin rəhbəri Vladimir Uiba qatar qəzasının baş verdiyi əraziyə gedib.


OXŞAR XƏBƏRLƏR

Məşhur reper doğum günündə Hüseyn Dəryanı BELƏ YAD ETDİ - VİDEO

Bu gün mərhum reper Hüseyn Dəryanın doğum günüdür.   Sfera.az  bildirir ki, "Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov bu gün münasi...

İyulda xəyanətə uğrayacaq 3 BÜRC

Astroloqlara görə, iyul ayında bəzi bürclər ətrafındakı insanlarla münasibətlərdə problem yaşaya, xəyanətə uğraya və aldadıla bilərlər.   Sfera.az xa...

Ərdoğan iyulda NATO Liderlər Zirvəsinə QATILACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.   Sfera.az türk mediasına istinadən xəbər verir k...

Məktəblilərimiz 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər - FOTOLAR

25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 13...

Magistraturaya ixtisaslaşma seçiminin son günüdür

Sabah – 30 iyun ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçiminin son günüdür.   Sfera.az xəbər verir ki, ixtisaslaşma seçim...

“Şirinlik” məbləğinə etiraz edən həkim İŞDƏN ÇIXARILDI - VİDEO

Bir müddət əvvəl sosial şəbəkələrdə Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunması i...