Türkiyə və Misir XİN başçıları arasında telefon danışığı BAŞ TUTDU

Türkiyə və Misir XİN başçıları arasında telefon danışığı BAŞ TUTDU

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Misirin xarici işlər naziri Samih Şükri ilə telefon danışığı aparıb.

 

Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib.
 

Danışıqlar zamanı Qəzzadakı müharibənin regional səviyyəyə keçmə riski müzakirə edilib, müharibənin tez bir zamanda dayandırılması və daimi atəşkəsin elan edilməsinin vacibliyi qeyd edilib.


Bundan əlavə, tərəflər Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini də vurğulayıb.


OXŞAR XƏBƏRLƏR