“NATO Rusiya ilə müharibə üçün 300 mindən çox əsgər toplaya bilməyəcək" - “Financial Times”

“NATO Rusiya ilə müharibə üçün 300 mindən çox əsgər toplaya bilməyəcək" - “Financial Times”

“NATO Rusiya ilə müharibə olacağı təqdirdə 300 mindən çox əsgər cəlb edə bilməyəcək”.

 

Sfera.az bildirir ki, bu barədə “Financial Times” qəzeti analitiklərə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, alyans ölkələri böyük əsgər çatışmazlığı yaşayır. 

 

“Kağız üzərində  NATO müttəfiqlərinin cəmi 1,9 milyon əsgəri var. Bu rəqəm Rusiya ilə müharibə üçün mümkün görünür.  Lakin reallıqda NATO ölkələri üçün hətta 300 mindən çox hərbçini münaqişəyə cəlb etmək çətin olacaq”, - materialda bildirilib.

 

Qeyd olunub ki, bu qədər adamı cəbhəyə cəlb etmək üçün aylar lazım olacaq: “Fakt budur ki, Avropa ölkələrində kifayət qədər hərbi personal yoxdur. Almaniyada vəziyyət xüsusilə kəskindir. Böyük Britaniya ardıcıl olaraq silahlı qüvvələrə çağırış planını yerinə yetirə bilmədi və London 2023-cü ildə dörd min hərbi qulluqçusunu itirdi. İtaliyada da vəziyyət acınacaqlıdır - silahlı qüvvələrin sayı 10 il ərzində 200 mindən 160,9 minə qədər azalıb”.

 

Bundan əvvəl Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat verib ki, NATO Rusiya ilə birbaşa münaqişəyə girərsə, bu, uzun müddət davam edəcək. Rusiya tərəfi isə Ukrayna savaşı başa çatdıqdan sonra Avropa ölkələrinə hücum etmək fikrində olmadığını bəyan edib.

 

Günay  
 


OXŞAR XƏBƏRLƏR