Assancın vəkili “WikiLeaks”in fəaliyyətini davam etdirəcəyini DEDİ

Assancın vəkili “WikiLeaks”in fəaliyyətini davam etdirəcəyini DEDİ

Culian Assanc tərəfindən qurulan “WikiLeaks” saytı fəaliyyətini davam etdirəcək.


Sfera.az xəbər verir ki, bunu Saipan adasındakı (Şimali Mariana Adaları Birliyi) ABŞ Federal Dairə Məhkəməsi Assancı artıq çəkdiyi həbs cəzasına məhkum etdikdən sonra onun vəkili Barri Pollak deyib.

 

“Wikileaks-in işi davam edəcək və mən şübhə etmirəm ki, cənab Assanc söz azadlığı və şəffaflıq üçün bir qüvvə olaraq qalacaq”, – deyə o bildirib. 

 

Qeyd edək ki, “WikiLeaks”in qurucusu Culian Assanc, azadlığını təmin etmək üçün ABŞ-la bağlanmış müqavilənin bir hissəsi kimi günahını etiraf edib. Bu barədə Associated Press məlumat yayıb.

 

O, ABŞ-ın Saipan adasında (Şimali Mariana Adaları Birliyi) Federal Dairə Məhkəməsində Amerika hərbi sirlərinin dərc edilməsinə dair vahid cinayət ittihamı üzrə dinləmə zamanı özünü təqsirli bilib.

 

Prokurorlarla razılaşma Assanca Avstraliyaya qayıtmağa və Amerika həbsxanasında həbsdən yayınmağa imkan verir.


OXŞAR XƏBƏRLƏR

Putindən nüvə silahları ilə bağlı- XƏBƏRDARLIQ

“Orta və yaxınmənzilli raket sistemlərinin istehsalına başlamalıyıq”. Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusi...

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar QURAŞDIRDI

İran Fordodakı obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb. Sfera.az-ın xəbərinə görə, bu barədə "Reuters" Atom E...

Pentaqon: "ABŞ Qara dənizin beynəlxalq suları üzərində uçuşları davam etdirəcək"

Birləşmiş Ştatların PUA-ları və döyüş təyyarələri Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək.  Sfera.az xəbər verir ...

Balidə tətil ailə üçün əsl cəhənnəmə ÇEVRİLDİ - FOTO

Nyukasldan (Avstraliya) olan bir cütlük, Balidə keçirdikləri tətilin cəhənnəmə çevrilməsindən sonra sığorta şirkətlərini tənqid ediblər. Təzminat almadan əvvəl ...

Mariya Zaxarova: "Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb"

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova teleqram kanalında Fransanın müstəmləkə siyasəti ilə bağlı paylaşım edib.   Sfera.az xəb...

Yalnız Cinayətkarları Öldürən Braziliyalı DEXTER

Pedrinho Matador ləqəbi ilə tanınan braziliyalı serial qatil Pedro Rodrigues Filho, məşhur Dexter serialının real versiyası kimi bir şeydir. Pedro Rodrigues Fil...