“Crazy Town” qrupunun solisti mənzilində ölü TAPILDI

“Crazy Town” qrupunun solisti mənzilində ölü TAPILDI

2000-ci illərin əvvəllərində "Butterfly" hiti ilə şöhrət qazanan Amerika rok qrupunun solisti Set Binzer 49 yaşında vəfat edib.

 

Sfera.az bildirir ki, müğənni ötən gün evində ölü tapılıb. Hələlik ölümün səbəbi məlum deyil.

 

Müğənni uzun müddət pis vərdişləri - narkomaniya ilə mübarizə aparıb. O, narkotik istifadəçisi idi. 2012-ci ildə rok musiqiçisi huşunu itirərək xəstəxanaya yerləşdirilib. Uzun müddət komada qalan müğənni dəfələrlə həbs edilib. 2012-ci ildə kokain saxladığına görə üç il sınaq müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin verdiyi müsahibədə 2001-ci ildə mağazadan oğurluğa görə həbs olunduğunu etiraf edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR