ABŞ Gürcüstanı NATO sammitinə DƏVƏT ETDİ

ABŞ Gürcüstanı NATO sammitinə DƏVƏT ETDİ
Kateqoriya məlum deyil
T

Vaşinqton Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak etməyə dəvət edib.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

 

“Bütün NATO tərəfdaşları tərəfdaşlar sammitində iştirak etməyə dəvət olunur. Onlar da”, – diplomat jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.

 

Ceyms O`Brayenin sözlərinə görə, Amerika hakimiyyəti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “hazırda getdikcə çox az sayda liderdən qaynaqlanan qərarları və ritorikasından çox narahatdır”. O bildirib ki, Tbilisinin hərəkətləri ölkənin Aİ və NATO-ya üzv olmaq istəklərinə ziddir.

 

Qeyd edək ki, sammit iyulun 9-dan 11-dək baş tutacaq.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR