70 kq arıqlayan qadın gözəllik kraliçası oldu - FOTO

70 kq arıqlayan qadın gözəllik kraliçası oldu - FOTO

İrlandiyalı 37 yaşlı Effie Murphy (Effi Mörfi) mədəkiçiltmə əməliyyatından sonra demək olar ki, 70 kiloqram arıqlayıb və çoxsaylı gözəllik müsabiqəsinin qalibi olub.

 

Sfera.az bildirir ki, Effi Mörfinin böyük ölçüsü hətta onun ailəsi ilə birlikdə dünyanı gəzməsinə mane olub. Hökumət rəsmiləri bu çəki ilə səyahət etməyi sağlamlıq riski hesab edərək ona viza verməkdən imtina edib.

 

Gənc qadın əvvəllər onu “köklər kraliçası” adlandırdıqlarını, arıqladıqdan sonra əsl gözəlliyə çevrildiyini deyib. Effi 3 il əvvəl mədə əməliyyatı keçirdikdən sonra arıqlamağa nail olub. O, Las-Veqasda (ABŞ) keçirilən gözəllik müsabiqəsində ikinci yeri tutub.

 

Artıq çəki ilə mübarizəsindən danışan qız etiraf edib ki, bir vaxtlar yeməkdən dəli kimi asılı olub. Onun qida rasionu çoxlu şəkər, yağlı yeməklər və şirin içkilərdən ibarət olub.


"Mən oturub hər gün iki qab yemək yeyə, aralarında qəlyanaltı edə və bəlkə də gündə dörd litr qazlı su içə bilərdim".

 

Onun çəkisi hətta uşaqları və keçmiş əri ilə dünyanı gəzməsinə mane olub. Yeni Zelandiya hökuməti artıq çəkisi səbəbindən ona viza verməkdən imtina edib və səfəri sağlamlıq riski hesab edib. Effinin təkrar müraciət etmək üçün üç aylıq müddəti olub. O, “Shake” pəhrizinə başlayarq, qısa müddətdə 19 kq arıqlayıb. Ancaq hər şey o qədər də yolunda getməyib. Evliliyi dağılan gənc qadın və depressiya onu yenidən və hətta əvvəlkindən daha çox kökəlməyə məcbur edib.


2019-cu ilin iyun ayında Effi əməliyyatla mədəsinin 90%-ni çıxardıb. O, əməliyyat üçün Türkiyəyə gəlib.

 

Çətinliklərə baxmayaraq, Effi dəyişmiş həyatından zövq alır. O, enerji doludur və indi övladları ilə birlikdə istirahət edə, sahildə gəzə və kapron corab geyinə bilir. Bütün bunlar əvvəllər onun üçün mümkün olmayan bir şey idi. O, həmçinin “Mrs İrlandiya 2017” və “Mrs International Curve 2018” titullarını qazanaraq gözəllik müsabiqəsinin super ulduzu olub. Bu yaxınlarda isə hətta Las Veqasda keçirilən “Regency” Beynəlxalq Yarışmasında ikinci olub.

 

Ekspertlər qeyd edir ki, əməliyyatdan sonra xəstələr normal çəki itirmək və düzgün sağalmanı təmin etmək üçün adətən ciddi pəhriz və idman rejiminə əməl etməlidirlər. Pəhriz adətən bir neçə həftə ərzində maye və püreli qidalardan ibarətdir, bundan sonra qida rasionuna tədricən bərk qidalar əlavə edilə bilər.


OXŞAR XƏBƏRLƏR

Omanda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı

Omanda ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu başa çatıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət telerad...

İrandakı partlayışda xəsarət alanların sayı DURMADAN ARTIR - VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...

Qarabağda buna 5 milyon xərclənəcək

Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" ...

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə t...

Ukrayna Rusiyanın Kurskla bağlı bəyanatını təkzib edib

Kremlin Rusiya Federasiyasının Kursk vilayətini azad etməsi ilə bağlı məlumatı reallığa uyğun gəlmir. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyatı dav...

"Ölsəm də, sənə aliment ödəməyəcəyəm"

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovun əkizlərindən imtina etdiyini deyib.   Sfera.az xəbər verir ki, Oq...