Turistlərə Barselonada mənzil kirayələmək qadağan olunacaq

İspaniyanın aparıcı tətil məkanı olan Barselona, təəccüblü dərəcədə radikal bir addım atıb.
Sfera.az bildirir ki, ən populyar turizm şəhərində turistlər üçün 2028-ci ilə qədər qısamüddətli kirayə üçün mənzillər olmayacaq.
Şəhər rəsmiləri artan mənzil qiymətlərini cilovlamaq və şəhəri ilk növbədə vətəndaşlar üçün yaşayışlı etmək istəyirlər.
İspaniyanın xarici turistlər tərəfindən ən çox ziyarət edilən şəhəri olan Barselonada qısamüddətli kirayələrdə bum o deməkdir ki, son 10 ildə kirayələr 68%, ev almaq qiyməti 38% artıb. Bəzi sakinlər mənzil ala bilmirlər. Şəhər meri Kolboni bildirib ki, mənzil əldə etmək qeyri-bərabərliyin, xüsusən də gənclər üçün əsas problemə çevrilib.
Qeyd edək ki, İspaniya dünyanın ən çox ziyarət edilən üç ölkəsindən biridir. Məhz bu populyarlıqdan Barselonada yaşamağa imkanı olmayan yerli sakinlərn əziyyət çəkir.
Son on ildə yerli hökumətlər İspaniyanın Kanar adaları, Lissabon və Berlin kimi yerlərdə də qısamüddətli kirayələrə məhdudiyyətlər tətbiq ediblər.
İspaniyanın mənzil naziri İzabel Rodriges Barselonanın qərarını dəstəklədiyini bildirib.
"Kolboni yoxsulluğun və işsizliyin artmasına səbəb olacaq bir səhvə yol verir"-deyən Barselonanın turistik mənzillər assosiasiyası APARTUR, qadağanın qeyri-qanuni turist mənzillərinin artmasına səbəb olacağını vurğulayıb.
Otellər isə bu qaydadan faydalanacaqlar. Şəhərin ən məşhur ərazilərində yeni otellərin açılması 2015-2023-cü illər arasında hakim ifrat sol partiya tərəfindən qadağan edilmişdi, lakin Kolboni məhdudiyyətləri yüngülləşdirə biləcəyinə ümid edir.
Kolboni həmçinin turistlərə verilməsi nəzərdə tutulan 10,000 evin şəhər sakinləri tərəfindən istifadəyə : icarə və ya satış üçün bazara çıxacağını əlavə edib.
Barselona Otellər Assosiasiyası isə bəyanatı şərh etməkdən imtina edib.
Barselonanın yerli hökuməti verdiyi açıqlamada qadağanın qüvvəyə minməsindən sonra potensial qeyri-qanuni turist mənzillərini müəyyən etmək üçün ciddi yoxlamaların davam etdiriləcəyini bildirib.
Son illər şəhərdə turistlərə yeni kirayə mənzillərin açılmasına icazə verilmir. Yerli hökumət 2016-cı ildən bəri 9700 qeyri-qanuni turist mənzilinin bağlanması barədə göstəriş verib. 3500-ə yaxın mənzil yerli sakinlər üçün əsas mənzil kimi istifadəyə verilib.
Aynil