Yaxtadan atəşfəşanlıq edən turistlər HƏBS EDİLDİ

Yaxtadan atəşfəşanlıq edən turistlər HƏBS EDİLDİ

Yunanıstanın Hidra adasında yaxtadan atəşfəşanlıq edildikdən sonra dəhşətli meşə yanğını baş verib.

 

Sfera.az bildirir ki, Yunanıstan hakimiyyəti yaxtada olan 13 ekipaj və sərnişini həbs edib. 

 

Qeyd edək ki, Yunanıstan bu həftə onlarla meşə yanğını ilə viran qalıb, artıq bir nəfər həlak olub.

 

Yunanıstan mətbuatının yazdığına görə Hydrada yanğını Qazaxıstandan olan turistlər başladıb. Turistlər əvvəlcə yanğını təkbaşına söndürməyə çalışsalar da, cəhdləri baş tutmayıb. Onlar xilasediciləri çağıraraq hadisə yerindən qaçıblar. Sonda yanğın söndürülüb. Lüks yaxtanı 17 Qazaxıstanlı turistlər icarəyə götürüb, onlardan 13-ü həbs edilib.

 

Qeyd edək ki, şənbə günü Andros adasında daha bir yanğın baş verib. Yanğını söndürmək üçün hadisə yerinə təyyarələr və helikopterlər cəlb edilib, dörd kənd təxliyə olunub.

 

Onu da qeyd edək ki, Yunanıstan yanğına görə cəzaları sərtləşdirib. Günahkar bilinənləri indi 20 ilə qədər həbs və 200 min avroya qədər cərimə gözləyir.

 

Hydra şəhərinin meri Giorgos Koukoudakis artıq yaxtada istirahət edənləri məhkəməyə verəcəyini açıqlayıb. Koukoudakis məsuliyyətsiz insanlara qarşı qanuni tədbirlərin görülməsinə çağırış etməklə yanaşı səlahiyyətlilərin daha çox yanğın zonaları yaratmalı olduğunu bildirib.


Xatırladaq ki, Yunanıstanda yay çox çətin keçir.


Səlahiyyətlilər güclü küləklər və yüksək temperaturun meşə yanğınlarını çox yüksək risk altına atdığını bildirir. 

 

Ölkədə ötən həftə ilin ilk ən isti dalğası yaşanıb, bəzi yerlərdə temperatur 44 dərəcədən yuxarı qalxıb.

 

Keçən il iki həftəlik şiddətli isti 20 nəfərin ölümünə səbəb olmuş, bütün yay dağıdıcı meşə yanğınları ilə müşayiət olunmuşdu.


OXŞAR XƏBƏRLƏR