6,1 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ

Kateqoriya məlum deyil
T
Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 kilometr şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.






