ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

Vaşinqton ABŞ-nin sanksiyalarına məruz qalan Rusiya bankları ilə əməliyyatlar etmək icazəsini 2024-cü il noyabrın 1-dək uzadıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bu əməliyyatlar enerji sahəsindəki əməkdaşlığa aiddir.

 

Sənədə əsasən, sözügedən banklara Rusiya Mərkəzi Bankı, VTB, Alfa Bank, Sberbank, Vneşekonombank, Otkrytiye, Sovkombank, Rosbank, Zenit və Sankt-Peterburq, habelə bu bankların 50% və daha çox hissəsinə sahib olan hər hansı təşkilatlar daxildir.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR