ABŞ-da bir qaradərili polislər tərəfindən saxlanılarkən öldü

ABŞ-da bir qaradərili polislər tərəfindən saxlanılarkən öldü

ABŞ-da qaradərili vətəndaş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişib. 


Sfera.az bildirir ki, 53 yaşlı Frenk Tayson saxlanılarkən polisə müqavimət göstərib. Polislər onu tutub yerə yıxıb, qollarını qandallayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri dizini məhbusun kürəyinə sıxaraq, kişini təxminən 30 saniyə yerdə üzü üstə saxlayıb. Ölümündən əvvəl Tayson nəfəs ala bilmədiyini bildirib. 

 

Ohayo polisi həmin şəxsin həbsinin videosunu yayıb. Yayılan görüntülərə əsasən Tayson bir neçə dəfə nəfəs ala bilmədiyini deyib. Amerika mediası bu hadisədə ABŞ-da kütləvi etirazlara səbəb olan Corc Floydun ölümü ilə oxşarlıq olduğunu yazıb. 

 

Sözügedən hadisə zamanı qəzadan sonra qaçan Frenk Taysonun saxlanılması zamanı baş verib. O, Kanton şəhərindəki barların birində saxlanılıb. Bundan əvvəl o, adam və digər oğurluq cinayətinə görə 24 il həbsdə olub. Bir həftə əvvəl azadlığa buraxılıb.

 

Taysonun ölümü ilə əlaqədar səlahiyyətlilər, bu proseduru həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarının kameralarından onun həbsini əks etdirən video görüntüləri yayıblar.

 

Səsyazmalardan birində müştəri və ya ofisiant ola biləcək bir qadının müəssisənin giriş qapısını açıb qışqırdığı görünür: “Lütfən, onu (Frank Taysonu) buradan çıxarın, dərhal”.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşaraq onu saxlamağa başlayıblar. Kişi müqavimət göstərib. Polis onu tutub yerə yıxıb və əlini qandallayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri dizini məhbusun yuxarı kürəyinə sıxaraq, kişini təxminən 30 saniyə yerə uzanıqlı saxlayıb.


Görüntülərdə Taysonun "Nəfəs ala bilmirəm, boynumdan çəkil", zabitin isə "Sakit ol" dediyi eşidilir.

 

Videoda daha sonra Taysonun bir müddət hərəkətsiz vəziyyətdə yatdığı, hüquq-mühafizə orqanlarının şahidlərlə söhbət etdiyi görünür.

 

Daha sonra saxlanılan şəxsə diqqət yetirilib.

 

"Nəfəs alır?" və "Onun nəbzi varmı?" – polis tezliklə soruşur.

 

Cəmi bir neçə dəqiqə sonra polis Taysonun əlindəki qandalları çıxarıb və ona süni tənəffüs verməyə başlayıb. Daha sonra təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəliblər.

 

Tayson təxminən bir saat sonra xəstəxanaların birində dünyasını dəyişib.

 

Kanton polisinin hesabatında deyilir ki, həbsdən qısa müddət sonra məmurlar Taysonun huşunu itirdiyini anlayaraq, ona ürək masajı ediblər.

 

Həbsdə iştirak edən iki hüquq-mühafizə orqanı əməkdaşı hadisə ilə bağlı araşdırma aparılana qədər vəzifələrindən uzaqlaşdırılıb.

 

Taysonun ölümünün rəsmi səbəbi müəyyən edilməyib. Amerika mediası isə bu hadisə ilə 2020-ci ildə afroamerikalı Corc Floydun ölümü arasında oxşarlıq axtarır.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə ildırım insanların qəniminə çevrilib: Bir ayda 43 nəfər öldü

Banqladeşdə əhali ildırım vurmasında əziyyət çəkir.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hər il çoxlu sayda insan ildırımın qurbanına çe...

Əhaliyə mühüm XƏBƏRDARLIQ! - Mayın 11-12-də...

Mayın 11-12-də maqnit qasırğası gözlənilir.   Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat ...

İŞİD terror təşkilatının üzvlərinə HÖKM OXUNDU

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllə...

Azərbaycan nefti cüzi BAHALAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiy...

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə İDARƏ OLUNURLAR

Azərbaycan Respublikası müstəqilliyinə qovuşduqdan sonra xarici ölkələrlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa başlayıb. Azərbaycanın xarici siyasəti region ...

Binəqədidə Ulu Öndərin anım günü keçirilib - FOTOLAR

2024-cü il mayın 8-də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevi...