Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni üsul tapıblar.

 

Sfera.az xəbər verir ki, dünyada şokolad istehsalında istifadə olunan kakaonun təxminən 60 faizi Qərbi Afrika ölkələrindəki Fil Dişi Sahili və Qanadakı kakao ağaclarından əldə edilir. Qanada ağaclara hücum edən CSSV (kakao şişmiş sürgün virusu xəstəliyi) məhsulun 15-50 faizini məhv edir. 

 

"Mealybugs" adlanan kiçik həşəratlar bu virusu ağacların yarpaqlarını, qönçələrini və çiçəklərini yeyərək yayırlar.

 

"Mealybugs" ilə mübarizə aparmaq üçün fermerlər ağacları peyvənd edə bilərlər, lakin peyvəndlərin bahalı olması bu üsulu qeyri-mümkün edir. Bundan əlavə, peyvəndlənən ağacların istehsal etdiyi məhsulun miqdarı da azdır. Riyaziyyatçılar fermerlərə peyvənd edilməmiş ağacların ətrafında peyvəndlənmiş kakao ağaclarından qoruyucu qalxan yaratmağa imkan verən iki fərqli model yaradıblar.Tədqiqatçılar deyirlər ki, onların işləri hələ də eksperimental olsa da, kakao ağaclarını qorumaq üçün ümidvericidir. 

 

Son bir ildə qiyməti 3 dəfə bahalaşan bir ton kakaonun qiyməti ötən ay 10 min dollara çatıb. Mütəxəssislər dünyanın son 60 ildən çox müddətdə ən böyük kakao tədarükü kəsiri ilə üzləşdiyini deyiblər. Beynəlxalq Kakao Təşkilatı isə 2023-2024-cü illərdə 374 min ton tədarük kəsiri proqnozlaşdırır.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR