Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.

 

Sfera.az bildirir ki, qızı Alen Delonun fotosunu paylaşıb. Bir vaxtlar yaraşığı və istedadı ilə hamını heyran edən insanı şəkildə ayırd etmək çətin olub. 
Delonun keçmiş gözəlliyindən demək olar ki, əsər-əlamət qalmayıb. Onun mavi gözləri daxili gücə və xarizmasına xəyanət edir.


Çərçivədə əsəbi sifətli, lakin xoş görünüşü olan ağır xəstə bir qoca var.

 

"Cümə günü səhər atamın şəklini çəkdim. Gözəl anlarımızın xatirəsinə. Onunla səhər yeməyi yeyərkən belə sonsuz minnətdarlıq hissi keçirirəm. İnanılmaz bir hüzur verir. O mənim gözümdə əbədi polad mavi baxışları ilə yaraşıqlıdır. Ölümsüz bir döyüşçü kimi onu sizə sağ ikən göstərmək istədim. Maraqlandığınızı, narahatlıqlarınızı özünə çatdırdım. Hamınızdan razılıq edir. Sizə sözü var: "Narahat olmayın".


Qeyd edək ki, Alen Delonda diffuz lenfoma və Alzheimer xəstəliyi var. 2019-cu ildə o, ikiqat insult keçirib. Aktyor dəfələrlə evtanaziyanın onun üçün ən yaxşı variant olduğunu bildirsə də, bu istəyi təmin edilməyib.

 

Bundan əvvəl isə Fransada Montarji şəhər məhkəməsi Delonu gücləndirilmiş qəyyumluğa verib. Məhkəmə qərarına əsasən, aktyor öz əmlakına müstəqil qərar verə bilməz. Bunu onun adından məhkəmənin təyin etdiyi kurator (qəyyum) edəcək. Qəyyumun adı açıqlanmır.

 

Qeyd edək ki, qəyyum təyin etmək üçün vəsatəti ulduzun keçmiş vəkili Kristof Ayela qaldırıb. Aktyorun övladları, qızı Anuşka və oğulları Entoni və Alen-Fabien çoxmilyonluq miras üzərində daim münaqişə aparırlar. 

 

Delon özü oğullarının nəzarəti altında olan Soul mülkündə yaşayır. İş o yerə çatıb ki, qardaşlar bacılarını mülkdən uzaq tutmaq üçün mühafizəçilər tutublar. Anuşka iddia edir ki, qardaşlar atalarının müalicəsinə mane olurlar.


Aktyorun vəsiyyətində mirasının yarısının qızı Anuşkaya çatacağı, ikinci yarısının isə oğulları arasında bərabər bölünəcəyi yazılıb.


Aktyorun keçmiş baxıcı-tibb bacısı Hiromi Rollen də aktyorun oğlanlarını atalarının həyatına qəsd etməkdə günahlandırıb. Oğlanlar isə öz növbəsində Hiromi Rollenin atalarını ələ saldığını və onu sevdiklərindən hər cür təcrid etdiyini bildiriblər.

 

Qeyd edək ki, hal-hazırda aktyorun sərvəti 245 milyon avro dəyərində qiymətləndirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cəsarət Valehova yüksək vəzifə VERİLDİ - FOTO

Cəsarət Valehova yeni vəzifə verilib.   Sfera.az xəbər verir ki, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub.   C. Valehov ar...

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlən...

SOCAR prezidenti Özbəkistana SƏFƏR EDƏCƏK

Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək.   Sfera...

Prezident Həştərxan vilayətinin qubernatorunu QƏBUL ETDİ - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.   Sfera.az-ın məlumatı...

Azərbaycan Britaniya kralına rəsm əsəri HƏDİYYƏ ETDİ - FOTO

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlza tanınmış heykəltəraş Faiq Hacıyevin &ldquo...

Putin nüvə silahı ilə bağlı TAPŞIRIQ VERDİ: “Yaxın vaxtlarda...”

Putin Rusiya Müdafiə Nazirliyinə nüvə silahı ilə bağlı mühüm göstəriş verib.   Sfera.az bildirir ki, ölkə başçısının tapşırığına əsasən, Rusiya Sila...