“Bu forum Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir” - Deputat 

“Bu forum Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir” - Deputat 

"Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Bu forum Azərbaycan həqiqətlərinin təbliği, bizə qarşı ədalətsizliyin ifşası baxımından da xüsusi önəm daşıyır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Bu gün görünən odur ki, Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib. Davamlı olaraq ölkəmizdə tədbirlər keçirilir. Bir ay ərzində iki böyük tədbirə ev sahibliyi etmişik. Əlbətdə ki, bu, dünya liderlərinin ölkəmizə olan etimadının bir göstəricisidir. Tədbirdə qeyd olunduğu kimi, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bu parçalanmanı aradan qaldırmaq üçün biz bir araya gəlməli, parçalanmanı dəf etməli və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün fürsətlərdən istifadə etməliyik. Bu Forumun məqsədi fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirmək, qarşılıqlı anlaşmaya doğru açıq mübadilə üçün platforma yaratmaqdır. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Bu Forumda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir”.

 

Deputat qeyd edib ki, mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir.

 

“Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Cənab Prezidentin Forumdakı nitqindəki çağırışda bu bir daha özünü göstərib. Cənab prezident uzaqgörən yanaşması ilə millətlər arasında daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açıb. Bu cür tədbirlərdə, xarici qonaqlarla görüşlərdə cənab prezident regiona sülhün gəlməsi ilə bağlı çağırışlar edir, mesajlar verir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, onların Azərbaycana qarşı törətdikləri təxribatlar heç bir nəticə verməyəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Seyid İbrahim Rəisinin sərhəddə görüşü başlayıb - FOTO

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Preziden...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, T.Əhmə...

Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO

Azərbaycanda bir ailədən çıxan bir neçə məşhur simaya son dönəmlər çox rast gəlinir.    Sfera.az sia-ya istinadən xəbər verir ki, məşhur yumo...

VI sinif şagirdləri üçün monitorinq keçirilir

Dövlət ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün monitorinq keçirilir.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövl...

Azərbaycan qadınları Beynəlxalq Sammitdə - FOTOLAR

Hər il dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində keçirilən “Global Women Summet” (Beynəlxalq Qadınlar Zirvəsi) bu il İspaniya Kraliçası Leti...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB/VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.   Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəli...